Futbol üzrə Azərbaycan Birinci divizionunda 2020-2021-ci illər mövsümünün başa çatmasına iki tur qalmış qızıl medalların sahibi müəyyənləşib.
7times.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, Türk Hava Yolları Futbol Mərkəzində “Kəpəz”i qəbul edən “Neftçi-2” komandası 1:0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi olan “Zaqatala” ilə xal fərqini 11-ə çatdırıb və bununla da çempionluğu rəsmiləşdirib.
Mahmud Qurbanovun komandası cari mövsümdə keçirdiyi 25 görüşdə 19 qələbə, 4 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb.
Follow @7timesaz