“Zoom” videokonfrans servisinin təsisçisi Erik Yuan son 24 saat ərzində 6 milyard dollar qazanaraq, sərvətini 23 milyard dollaradək artırıb.
7times.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Servisin təsisçisinin sərvətinin şirkət rekord gəlir haqqında hesabat verdikdən sonra qalxdığı bildirilir. Belə ki, ikinci maliyyə rübündə “Zoom”un gəliri 663,5 mln təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 355% çoxdur.
Qeyd edək ki, “Zoom” koronavirus pandemiyasının ən iri benefisiarlarından biri olub. Belə ki, bu servisdən məsafədən işləmək və təhsil almaq üçün kütləvi istifadəyə başlanıldı. unikal.org
Follow @7timesaz