Yerevanın Kentron Rayon İcra Hakimiyyəti başçısının müavini Armen Azizyan və icra hakimiyyətinin şöbə müdiri Manvel Marqaryan həbs ediliblər.
7times.az erməni mediasına istinadən xəbər verir ki, onlar mayın 11-də davada iştirak etdiklərinə görə həbs ediliblər.
Azizyana Ermənistanın Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərindən istifadə etmə, silah və ya xüsusi vasitələrdən istifadə ilə əlaqəli zorakılıq), Marqaryan 258-ci (xuliqanlıq, insan sağlamlığına orta ağırlıqlı xəsarət yetirmə) maddələri üzrə ittiham edilirlər. unikal.org
Follow @7timesaz