Dünya

Prezidenti təhqir edənlər istintaqa cəlb edildi

Prezidenti təhqir edənlər istintaqa cəlb edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma prokurorluğu sosial şəbəkələrdə İtaliya Prezidenti Serco Mattarellanı təhqir və təhdid edən 11 nəfəri istintaqa cəlb edib.

7times.az TASS-a istinadən xəbər verir ki, onlar dövlət başısının şərəf və ləyaqətini alçaltmaqda, nüfuzunu zədələməkdə, ona qarşı cinayət törətməyə təhrk etməkdə günahlandırılırlar. Şübhəlilər 44-65 yaş aralığında olan şəxslərdir. Hədə və təhqir mesajları 2020-ci ilin aprelindən 2021-ci ilin fevralınadək olan dövrdə paylaşılıb. Onların mobil telefonları və kompüterləri müsadirə olunub.

Qeyd edək ki, bu, İtaliya hüquq-mühafizə orqanlarının prezidentə qarşı təhdid hadisəsi ilə bağlı ilk istintaqı deyil. Belə ki, 2018-ci ildə Palermo şəhər prokurorluğu feysbukda Serco Mattarellanın ünvanına hədələr yazan 39 nəfər barədə araşdırma aparıb. modern.az