Xaçmaz rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli geyim mağazasının yanar konstruksiyaları 9 m² sahədə yanıb.
7times.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Binəqədi rayonunda da ümumi sahəsi 200 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Follow @7timesaz