Şəxsi həyatı ilə gündəmdə olan Türkiyəli məşhur müğənni Hadisə, Belçikadakı MNM Radiosuna qonaq olub.
7times.az xəbər verir ki, Hadisə Peter Van de Veirein proqramında verdiyi açıqlamalar ilə gündəm yaradıb. Belə ki, o, “Belçika adından Avroviziya yarışmasına qatılaram”, -deyə ifadə işlədib.
Hadisənin bu ifadəsi sevənlərini ikiyə bölüb. Bəziləri onun bu sahədə çox istedadlı olduğunu, bəziləri isə “Türkiyəni buraxıb Belçikanımı seçdi?”- deyə mübahisəli şərhlər bildiriblər.
Bildirək ki, Türkiyənin məşhur simalardan biri olan Hadisə Belçikada dünyaya gəlib və uzun müddət orada yaşayıb. Müğənninin ailəsi hazırda Belçikada yaşayır. Həmçinin o, 54-cü Avroviziya mahnı yarışmasında Türkiyə, Hadisənin oxuduğu “Düm Tek-Tek” mahnısı ilə 177 xalla 4-cü yerdə qərarlaşmışdı.
Follow @7timesaz