Dünya

Çində bir gündə 4-cü zəlzələ: ölənlər var

Çində bir gündə 4-cü zəlzələ: ölənlər varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənub-qərbindəki Yunnan vilayətində bir neçə yeraltı təkan qeydə alınıb. Onların ən güclüsü 6,4 bal olub.

7times.az xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Yanbi muxtar rayonunda 5,6 bal gücündə ilk zəlzələ yerli vaxtla saat 21:21-də (Bakı vaxtı ilə 17:21) baş verib. Onun ocağı 10 kilometr dərinlikdə olub.

Ərazidə saat 21:48-də 6,4 bal, 21:55-də isə 5 bal gücündə növbəti təkanlar qeydə alınıb. Həmin zəlzələlərin ocağı isə 8 kilometr dərinlikdə olub.

Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.

***

Çinin paytaxtı Pekindən şimal-qərbdə daha bir güclü zəlzələ baş verib.

4-cü yeraltı təkanın gücü 7,4 bal gücündə qeydə alınıb. Məlumata görə, zəlzələ nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb. Axar.az