Bərdədə 7 yaşlı uşaq anası və anasının qeyri-rəsmi yaşadığı şəxs tərəfindən zorakılığa məruz qalıb.
7times.az xəbər verir ki, Bərdə rayon sakini Ö.N. yanıq xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Azyaşlının sözlərinə görə, anası Həsənova Raya İlham qızı oğurluq üstündə onun qollarına qızdırılmış qaşıq basıb. Azyaşlı bildirib ki, Mehralıyev Mahmud adlı şəxslə birlikdə anasıbundan əvvəl də dəfələrlə onu döyüb.
Həsənova Rayanın xalası Fərəcova Sevinc Firudin qızı hadisənin baş vermə səbəbini belə açıqlayıb:
“Bacım qızı Raya uşaq marketdən çöplü şirə oğurladığına görə evə gələndə döyüb. Döydükdən sonra qeyri-rəsmi yaşadığı Mahmuda zəng edib, olanları danışıb. Mahmud da ona uşağın əlini yandırmasını deyib. O da uşağın əlini yandırıb və döyüblər. Döyülmə bir neçə dəfə olub. Uşağın bədənində bir neçə köhnədən qalma izlər var. Polis də bunu gördü”.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verilib. R.Həsənova polis şöbəsinə aparılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır (qafqazinfo).
Follow @7timesaz