Dünya

Koçaryandan Ermənistan hakimiyyətinə XƏBƏRDARLIQ: Bağışlanmayacaq!

Koçaryandan Ermənistan hakimiyyətinə XƏBƏRDARLIQ: Bağışlanmayacaq!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ikinci prezidenti, “Ermənistan” alyansının rəhbəri Robert Koçaryan hakimiyyət orqanları vasitəsilə tərəfdarlarına qarşı təzyiqlərin olduğunu bildirib.

7times.az-ın məlumatına görə, sabiq dövlət başçısı qeyd edib ki, hüquq-mühafizə orqanları onun tərəfdarlarına qarşı təzyiqlər göstərir.

“Artıq bir neçə gündür, hüquq-mühafizə orqanları əməkdaşlarının mənim silahdaşlarıma təzyiq göstərməsi barədə xəbərlər daxil olur. Mən məğlubiyyət səhifəsini bağlamaq üçün, milli həmrəyliyə görə barəmdəki qanunsuzluğu və haqsızlığı bağışlaya bilərəm, amma xəbərdarlıq etmək istəyirəm ki, komandamın üzvlərinin təqib olunması məqsədilə heç bir qondarma iş unudulmayacaq və bağışlanmayacaq.

İnandırıram ki, qanunsuzluq edən istənilən vəzifəli şəxs tezliklə qanun qarşısında cavab verəcək”, – deyə Robert Koçaryan bildirib.

Daha əvvəl Ermənistanın digər müxalifətçiləri də hakimiyyətin hüquq-mühafizə orqanları vasitəsilə onlara qarşı təzyiqlərə əl atmasından şikayətləniblər. (Report)