Hadisə

Bakı Baş Gömrük İdarəsində ƏMƏLİYYAT

Bakı Baş Gömrük İdarəsində ƏMƏLİYYATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları birgə əməliyyat keçirib.

7times.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı Baş Gömrük İdarəsinin  Binəqədi rayon Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev həbs edilib.

Bakı Baş Gömrük İdarəsinin digər iki əməkdaşı inspektor İlahə Əliyeva və idarənin rəsmiləşdirmə şöbəsində çalışan Elçin adlı şəxs isə istintaqa çağrılıb və onlar dindirildikdən sonra sərbəst buraxılıblar.

Xatırladaq ki, bir neçə gün öncə Bakı Baş Gömrük İdarəsində 5 nəfər korrupsiyaya görə həbs edilmişdi.