Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilir.
7times.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan həlledici matçda “Keşlə” və “Sumqayıt” üz-üzə gəlir.
“Sumqayıt” bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, Konfrans Liqasında oynamaq hüququ qazanacaq. “Sumqayıt” kubokun qalibi olsa, Premyer Liqada 4-cü olan “Zirə” avrokuboklarda iştirak edəcək.
24 may
19:30. “Keşlə” – “Sumqayıt” – 1:1 (İlk hissə)
Qol: Şəhriyar Əliyev, 37 – Boyoviç, 3 (ö.q)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Bank Respublika Arena”
Follow @7timesaz