Dünya

İranda güclü zəlzələ

İranda güclü zəlzələbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənubunda 5,2 bal gücündə zəlzələ olub.

7times.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 82 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin hiposentri 10 km dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, mayın 17-si İranın Şimali Xorasan ostanının Sənxast şəhərində qeydə alınan 5,5 bal gücündə zəlzələ nəticəsində bir neçə nəfər yaralanmışdı.