Hindistanın paytaxtı Nyu-Dehlidən ABŞ-ın Nyuark şəhərinə uçan “Air India” sərnişin təyyarəsi yarasaya görə geri qayıdıb.
7times.az xəbər verir ki, bununla bağlı salondan çəkilən video jurnalist Tarun Şukla tərəfindən tvitterdə yayımlanıb.
“2021-ci ildə təkcə bunu görməmişdik”, – deyə videonun müəllifi bildirib.
Məlumata görə, yarasa təyyarə uçuşa başlayandan yarım saat sonra görünüb.
Hava gəmisinin kapitanına bu barədə məlumat verildikdən sonra o, İndira Qandi hava limanına qayıtmağa qərar verib.
Modern.az
Follow @7timesaz