Dünya

ÜST “Sinovac” peyvəndi ilə bağlı qərar verdi

ÜST “Sinovac” peyvəndi ilə bağlı qərar verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksininə təcili istifadə icazəsi verib.

7times.az xəbər verir ki, ÜST-ün yaydığı açıqlamada peyvəndin 18 yaşdan yuxarı şəxslərdə ilk doz və ikinci doz arasında 4-8 həftə olmaqla istifadəsi tövsiyə edilib.

Bildirilib ki, vaksin yuxarı yaşlarda daha təsirlidir, ona görə “Sinovac” peyvəndində yaş baxımından limitə ehtiyac yoxdur.

ÜST-ün təsdiqi ilə “Sinovac”ın COVAX vasitəsilə yoxsul ölkələrə paylanılmasının qarşısındakı əngəl qalxmış olub. Qafqazinfo.az