İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi ölkənin cənub sahillərində batıb.
7times.az “Fars” agentliyinə istinadən xəbər verir ki, İranın Umman körfəzində yerləşən Cask limanı yaxınlığında ölkənin Hərbi Dəniz Qüvvələrində məxsus gəmidə yanğın baş verib. Yanğın nəticəsində gəminin batdığı bildirilir. Açıqlamada gəminin ekipajının təhlükəsiz şəkildə təxliyyə edildiyi, ölən və yaralananların olmadığı bildirilir.
Hadisənin gəminin təlim tapşırığı yerinə yetirərkən baş verdiyi bildirilir. Yanğının səbəbləri barədə məlumat verilmir. Qafqazinfo.az
Follow @7timesaz