Türkiyənin Hakkari vilayətinin İranla sərhəddə yerləşən Yüksəkova şəhərinin ərazisində mina axtaran türkiyəli istehkamçılar raket hücumuna məruz qalıb.
7times.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc edilib.
Rəsmi məlumatda qeyd olunur ki, açılan cavab atəşi nəticəsində üç PKK-lı terrorçu zərərsizləşdirilib.
Türkiyəli minaaxtaranlar arasında xəsarət alan olmayıb.
Məlumat üçün qeyd edək ki, İranın Türkiyə ilə sərhəd şimal-qərb bölgəsində PKK terror qruplaşmasının İran cinahı olan “Pejak” fəaliyyət göstərir. Unikal.org
Follow @7timesaz