Dünya

Türkiyə Milli Təhlükəsizlik Şurasında 5 saatlıq müzakirə

Türkiyə Milli Təhlükəsizlik Şurasında 5 saatlıq müzakirəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

7times.az xəbər verir ki, 5 saat sürən iclasda Türkiyənin sərhədlərinin və sərhədyanı ölkələrin təhlükəsizliyi, Türkiyənin beynəlxalq hüququn tələbləri çərşivəsində öz haqlarını qoruması, ölkənin cənub sərhədləri boyunca təhlükəsizliyinin təmini üçün keçirilən əməliyyatarın fasiləsiz davam etməsi məsələləri müzakirə olunub.

İclasda önəm verilən digər mövzu Kipr məsələsi olub, suveren, bərabərhüquqlu iki dövlətin probleminin həllinə obyektiv yanaşılması məsələsinə toxunulub.

Toplantıda həmçinin Egey və Aralıq dənizindəki gərginlik, bununla bağlı Türkiyənin qanuni haqlarını heçə sayan və xaricdə yaradılan təxribatlara soyuqqanlı və hüquq çərçivəsində yanaşılması, İsrailin-Fələstin münaqişəsi ilə bağlı da müzakirələr aparılıb. Modern.az