Dünya

Kiyev Universiteti Lukaşenkoya verdiyi fəxri adı geri aldı

Kiyev Universiteti Lukaşenkoya verdiyi fəxri adı geri aldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taras Şevçenko adına Kiyev Milli Universiteti Belarus Prezidenti Aleksandr Lukaşenkoya verdiyi fəxri elmlər doktoru adını geri götürüb.

7times.az xəbər verir ki, bu barədə “RİA Novosti” universitetin rabitə mərkəzinə istinadən məlumat yayıb.

“Bu gün belə bir qərar verildi”, – deyə universitetin nümayəndəsi müvafiq sualı cavablandırarkən bildirib.

Bununla da Lukaşenko universitetin elmlər doktoru fəxri adı geri alınan ilk şəxs olub.

Daha əvvəl rektor Vladimir Buqrov, universitetin Elmi Şurasını “Ryanair” təyyarəsinin məcburi endirilməsi və “Nexta” teleqram kanalının qurucusu Roman Protaseviçın saxlanılması ilə əlaqədar Lukaşenkonun fəxri elmlər doktoru statusundan məhrum edilməsi məsələsini təcili olaraq nəzərdən keçirməyə çağırmışdı. Buqrov belə bir qərara səbəbin Lukaşenko tərəfindən “insan haqlarının pozulması” və “Ukrayna dövlətinə hörmətsizlik” olduğunu bildirmişdi. Qafqazinfo.az