Azərbaycanda pensiya siyasəti ilə bağlı boşluqlar var. İllərdir müzakirəsi gedən pensiya yaşının yüksək olması yenidən cəmiyyətdə narazılıq doğurub. Millət vəkilləri də bir neçə dəfə sosial islahatlar çərçivəsində pensiya yaşının azaldılmasını təklif etsələr də, məsələyə baxılmır. Bu dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Mənsimli ilə söhbətləşdik.
Millət vəkilinin Bizim.Media-ya müsahibəsini təqdim edirik:
– Qadınların pensiya yaşının artırılması ictimaiyyətdə narazılıq yaradıb. Deputat olaraq sizin bu məsələyə mövqeyiniz necədir?
– Əksər ölkələrdə pensiya yaşı müəyyənləşdiriləndə qadınların pensiya yaşı aşağı götürülür. Məsələn, inkişaf etmiş olkələrdən biri olan Avstriyada kişilərdə orta ömür uzunluğu 82, qadınlarda isə 84 yaşdan yuxarı olduğu halda pensiya yaşı qadınlar üçün 60-dır. Bəzi ölkələrdə qadınların pensiya yaşı bundan da aşağıdır.
Follow @7timesaz