Rusiya mütəmadi olaraq Aralıq dənizinin şərq hissəsində hərbi təlimlər keçirir.
7times.az xəbər verir ki, bunu Rusiyanın Yunanıstandakı səfirliyi bu ölkənin mətbuatında çıxan məlumatlara cavab olaraq deyib.
“Rusiya bu təlimlərdə həmişə beynəlxalq hüquq normalarına tam riayət edir. Əvvəlcədən təlimlərlə bağlı aidiyyəti təşkilatlara da xəbərdarlıq edilir. Bundan başqa, hava təlimlərində ikitərəfli prosedur tətbiq olunur”, – məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə bölgədə qaz yataqları ilə bağlı tədqiqatlar aparmaq üçün NAVTEX vasitəsilə elan verdikdən sonra yunan mətbuatında “Rusiya Türkiyəyə dəstək üçün gəmilərini göndərir” deyə xəbərlər yayılıb.
Follow @7timesaz