Əməkdar artist Nigar Şabanova anasının səhhəti ilə bağlı açıqlama verib.
7times.az BAKU.WS-ə istinadən xəbər verir ki, “6/8” şousuna qonaq olan sənətçi anası Akifə xanımın hazırda yaxşı olduğunu bildirib:
“Çox şükr ki, anam artıq yaxşıdır. Normal danışa bilir, fikrini izah edir. Əlinin birini də işlətməyə başlayıb.
Hazırda müalicə olunur, bir çox fizioterapiyalardan keçir. Ümid edirəm, tezliklə yeriyəcək”.
Qeyd edək ki, xanəndənin anası bir müddət əvvəl komaya düşüb. Səhhətində ciddi problemlər yaşayan Akifə xanım uzun müddət xəstəxanada qalmalı olub.
Follow @7timesaz