İyunun 18-də Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan xalqının şanlı və qorxmaz oğlu Mübariz İbrahimovun şəhadətinin 11-ci ildönümüdür.
7times.az xatırladır ki, 2010-cu ildə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində, saat 23:30 radələrində Tərtər bölgəsinin Çaylı kəndi istiqamətində atışma baş verib. Silahlı Qüvvələrin zabiti, düşmən əsgərlərini məhv edən Mübariz İbrahimov bu döyüşdə qəhrəmancasına həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Mübariz İbrahimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb və II Fəxri Xiyabanda dəfn edilib.
Follow @7timesaz