Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
7times.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, Bakı Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb olunub və qəzanın aradan qaldırılmasına başlanılıb.
Follow @7timesaz