Dünya

Düşmənlər İranı qarışdırmaq istəyirdi – Ruhani

Düşmənlər İranı qarışdırmaq istəyirdi – Ruhanibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici mətbuat COVİD-19-u bəhanə edərək İrana qarşı təxribat xarakterli məlumatlar yayır.

7times.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, yayılan məlumatlar guya “İran hakimiyyəti xalqını fikirləşmir” şəklindədir:

“Onlar “zavodları bağlayın, çünki virus təhlükəsi var” deyirdilər. Biz isə 10 nəfərin çalışdığı zavodlarda belə təhlükəsizliklə bağlı tədbirləri görürdük”.

Prezident qeyd edib ki, əgər xarici mətbuat İran xalqını fikirləşsəydi, ABŞ sanksiyaları ilə bağlı xəbər yazardı:

“Korona şərtlərinə görə dərman ala bilmirik və bu sanksiyaların xalqa təsiri vəziyyəti daha da ağırlaşdırır”. axar.az