“Toylar açılır, lap yaxşı – bunu bildik. Bəs, açıq havada toyda maska taxmaq, ya taxmamaq haqda bir açıqlama verən olub?”.
7times.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri “Facebook” hesabında yazıb. Müğənni toy məclislərinin keçirilməsinə icazə verilməsindən və qadağalardan bəhs edib.
“Yoxsa, toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir? O boyda Amerikada maska taxmayanları cərimələyən görmədim. Maska məcburiyyəti də iyunun 15-dən ləğv olundu. Las-Veqasda 15-dən əvvəl də ümumiyyətlə maska taxan yox idi”,- deyə, Nura əlavə edib.
Follow @7timesaz