Dünya

Bu ölkədə COVİD-19 pasportu olmayan işçilər işdən çıxarılacaq

Bu ölkədə COVİD-19 pasportu olmayan işçilər işdən çıxarılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai iaşə və xidmət sektorunda çalışan vətəndaş əgər kovid peyvəndi vurdurmaqdan imtina edərsə, o zaman başqa sahədə iş axtarmalı və işini dəyişməli olacaq.

Bu sözləri Rusiya prezidentinin rəsmisi Dmitriy Peskov deyib.

“Ölkədə peyvəndləmə könüllü olaraq qalır. Lakin elə sahələr var ki, moskvalılar orda çalışırsa, mütləq peyvənd olunmalıdır. Bu onun xidmət etdiyi digər insnalrın təhlükəsizliyi üçün vacibdir. Bunlar restoran, kafe, ictimai iaşə, turizm, yemək tədarükü, marketlər, gözəllik və sağlamlıq xidmətləridir. Əgər vətəndaş peyvənd etməmək barədə qərar verirsə də bu onun haqqıdır. Lakin o bu xidmət sahələrində işləyə bilməz və iş yerini dəyişməlidir”.

Belə sahələrdə peyvəndsiz işçilər yeni yoluxma ocaqları alovlandıra bilər və bununla da pandemiya heç vaxt bitməz. Bu qərarlar epidemioloji vəziyyətlə bağlı verilir.

Qeyd edək ki, Rospotrebnadzor Moskvada onlayn məhsul və qida çatdırması edən şirkət əməkdaşlarının məcburi peyvəndlənməsi barədə göstəriş verib.

Moskvada operativ qərargahın göstərişinə əsasən, işə götürən peyvənd olunmayan əməkdaşını işdən azad etməlidir. /medicina.az