Dünya

Türkiyənin daxili işlər naziri sosial şəbəkədə vətəndaşdan üzr istədi – FOTO

Türkiyənin daxili işlər naziri sosial şəbəkədə vətəndaşdan üzr istədi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Girəsuna – sel fəlakəti baş vermiş əraziyə getməsi yerli sakinlərin narazılığına səbəb olub. Səbəb isə nazirin gəlişinə görə yolun bağlanması olub.

Belə ki, yerli sakinlərdən biri sosial şəbəkədə: “biabırçılığa bax, nazir gəlir deyə, yol iki saat bağlı qalıb”, – kimi status yazıb.

Süleyman Soylu həmin statusu cavabsız qoymayıb:

“Üzr istəyirəm. Gəliş-gedişim cəmi yarım saat oldu. Yolda deyildik, axtarma-xilasetmə bölgəsində idik. Verdiyim narahatlığa görə bir daha üzr istəyirəm”. 

Oxu.az