Hadisə

Bakıda xəstəxanadakı yanğın söndürüldü – Yenilənib + Video

Bakıda xəstəxanadakı yanğın söndürüldü – Yenilənib + Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 17:43-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətyanı ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən 7times.az-a verilən məlumata görə, hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb, yanğın saat 17:52-də söndürülüb.

İlkin məlumata əsasən, xəstəxananın həyətyanı ərazisində karton və taxta tullantıları təqribən 10 kv.m sahədə yanıb. Xəstəxana binası yanğından mühafizə olunub.

***

Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının binasında yanğın başlayıb. 

7times.az xəbər verir ki, bununla bağlı Oxu.Az-ın redaksiyasına görüntülər göndərilib.

Həmin görüntüləri təqdim edirik: