Gədəbəy rayonunda güclü yağış nəticəsində yaranan sel bir nəfərin ölümünə səbəb olub.
7times.az xəbər verir ki, rayonun Moruqlu kəndində yağan yağışdan yaranan sel bir nəfər sakini aparıb.
Onun rayon sakini, 1958-ci il təvəllüdlü Sahib Sadıqov olduğu müəyyən edilib.
Ölən şəxsin çoban olduğu bildirilir.
Bundan başqa, yağan yağış nəticəsində Şəmkir rayon Kraz yolu adlanan hissəsində avtomobil idarəetməni itirərək dərəyə düşüb. Hazırda polis əməkdaşları hadisə yerinə cəlb olunub. Xəsarət alanın olub-olmaması dəqiqləşdirilir.
Follow @7timesaz