Maqazin

“COVİD pasportunu yoxlamaqdansa, narkotik satanları yoxlasınlar“ – Müğənnidən ETİRAZ

“COVİD pasportunu yoxlamaqdansa, narkotik satanları yoxlasınlar“ – Müğənnidən ETİRAZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər bu gün bunun qarşısı alınmasa, düşünün gələcəyimiz nə gündə olacaq? Narkomandan  doğulan övladlar nə olacaq? Allah iraq eləsin, gələcəyimiz məhv olacaq”.

7times.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı deyib.

O, narkotik maddələrdən asılı olan insanların sayının getdikcə artdığını,  buna təsir göstərən əsas faktorun isə sözügedən maddələrin satışının çoxalması olduğunu bildirib:

“Bir uşaq aldığı 190 manatla qarpız alıb partladıb sosial şəbəkələrdə yayımladı, çağırtdırıb üzr isdətdilər. Bəs narkotik maddələri satanları, təbliğ edənləri niyə çağırmırlar? Onlara qarşı tədbir görülməlidir, düzdür, DİN bununla bağlı xeyli əməliyyat aparır, amma daha ciddi tədbir görülməli, narkomaniyanın qarşısı alınmalıdır. Artıq çağırış hamıya olmalıdır, çünki açıq-aydın narkotik vasitələrin satışı həyata keçirilir. Buna “Stop” deyilməlidir. Təkcə biz məşhurların paylaşımı, çağırışları ilə məsələ həll olunmur. Guya mənim, Kamilin yaxud Tolikin paylaşımı ilə bu hal azalırmı? Bunu edən özü başa düşməli, bunu etməməlidir. Bütün satıcılar ortadan qaldırılmalıdır ki, istifadə edən adam tapa bilməsin. Əgər həmin maddələrdəm istifadə edən tapıb alırsa, deməli ölkədə bunun satışı var. Yerdən çıxmır ki… Hamısı kimyəvi maddələrdən hazırlanır, daha zərərli, daha öldürücüdür”.

Sənətçi bunun qarşısının tezliklə alınmasının vacibliyini vurğulayıb:

“Bu hal bu gün məni də qorxudur, övladlarımın gələcəyini düşünürəm. Bu hər kəsə bir siqnal olmalıdır. Susmaq olmaz, mütləq həmin adamlar tapılmalı,cəzasını almalıdır. O gün videoya baxdım, bu maddələri daha çox cavanlara pulsuz verirlər ki, aludəçilik yaratsınlar. Allah onları hidayət eləsin, insan haramdan qaçmalıdır. Əgər bu gün bunun qarşısı alınmasa, düşünün gələcəyimiz nə gündə olacaq? Narkomandan  doğulan övladlar nə olacaq? Allah iraq eləsin, gələcəyimiz məhv olacaq. Bu ölkə Polad, Mübariz kimi oğullar yetişdirməlidir, “şüşə”, “kakos” çəkən yox! Bu ölkə qeyrətli, namuslu, birləşməyi bacaran ölkədir. Amma belə şeylərlə gənclik məhv olar, İnşallah, bundan soonra nəzarət çox daha ciddi olar. COVİD pasportunu bu qədər ciddi yoxlamaqdansa, bu kimi şeylər yoxlansa daha yaxşı olar”.