Manşet

TƏCİLİ: Prokurorluq polis rəisinin intiharı ilə bağlı açıqlama yaydı

TƏCİLİ: Prokurorluq polis rəisinin intiharı ilə bağlı açıqlama yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, iyulun 9-da, saat 11:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.