Dünya

İranda zəlzələ olub – xəsarət alanlar var

İranda zəlzələ olub – xəsarət alanlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər İranın Gülüstan əyalətinin Ramyan bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib.

7times.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ 9 km dərinlikdə qeyd alınıb. İlkin məlumata görə, Gurçay və Veyru kəndlərində zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb.

Çox sayda evə ziyan dəyib. Hadisə yerinə Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri cəlb olunub.

APA