Aparıcı Zaur Baxşəliyev düşmən tapdağından azad edilən Qarabağa gedib.
7times.az xəbər verir ki, o, 29 ildən sonra Şuşaya səfər edib. Uzun illərdən sonra doğulduğu Şuşanı görən Zaur göz yaşlarına hakim ola bilməyib.
O, bununla bağlı şəxsi “Instagram” hesabında paylaşım edib. Aparıcı yol boyu və Şuşada lentə alınan görüntüləri yayımlayaraq bunları əlavə edib:
“Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah qazilərimizi, Müzəffər Ordumuzumu, Ali Baş komandanını qorusun. 29 ildən sonra Qafqaz Müsəlmanları idarəsi, onun rəhbəri Bütün Qafqazın Şeyxi Şeyxülislam Allah Şükür Paşazadə və Dini konvensiyaların rəhbərləri ilə Şuşaya səfər etdik…
Allaha Şükürlər olsun”.
Baxşəliyevin bu paylaşımına 129 min like gəlib, mindən çox şərh yazılıb.
Follow @7timesaz