Dünya

Üç ölkə Əfqanıstanla bağlı məşvərət orqanı yaratdı

Üç ölkə Əfqanıstanla bağlı məşvərət orqanı yaratdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan, ABŞ və Pakistan Əfqanıstanda daxili böhranın tənzimlənməsi üçün yeni məşvərət orqanı yaradıb.

7Times.az xəbər verir ki, bu məlumatı Özbəkistanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti açıqlayıb.

Məlumatda deyilir ki, ABŞ, Özbəkistan və Pakistan nümayəndələri Daşkənddə yeni dördtərəfli məşvərət orqanının yaradılması ilə bağlı qərar qəbul ediblər. Bu orqanın əsas məqsədi Əfqanıstanda sülh prosesinə və münaqişə sonrası tənzimləməyə dəstək olmaqdır.

Həmçinin bildirilir ki, tərəflər yaxın aylarda qarşılıqlı konsensus əsasında bu əməkdaşlığın şərtlərini təyin etmək üçün görüş təşkil etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, “Taliban” hərəkatının üzvləri son aylar Əfqanıstanın müxtəlif əyalətlərində öz mövqelərini gücləndirirlər. ABŞ və tərəfdaşlarının öz qüvvələrini Əfqanıstandan çıxarması buna əsas səbəb olaraq göstərilir.