Dünya

Gürcüstan ölkəyə giriş qaydalarını dəyişdi

Gürcüstan ölkəyə giriş qaydalarını dəyişdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti ölkəyə gələnlər üçün məcburi karantin müddətini 12 gündən günə endirib, eyni zamanda sentyabrın 15-dən etibarən gəlişindən 72 saat əvvəl alınan koronavirus testinin nəticələri tələb olunacaq.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib.

Bu qərar koronavirusla mübarizə üzrə Koordinasiya Şurasının iclasında qəbul olunub. Xaricdən Gürcüstana qayıdan hər kəs (Almaniya, Fransa, Latviya, Litva və Estoniya istisna olmaqla – Gürcüstan bu ölkələrlə birbaşa aviareysləri bərpa edib) məcburi karantinə alınacaq.

Əksər hallarda yoluxmuş insanlarla təmasda olan vətəndaşlar karantinə alınacaq. Sentyabrın 15-dən sözügedən Avropa ölkələri daxil olmaqla Gürcüstana gələn əcnəbilər koronavirus testinin nəticəsini sərhəddə təqdim etməli olacaqlar.