Rusiya müxalifətinin lideri Aleksey Navalnı komadan çıxıb və həkimlər onu süni tənəffüs aparatından ayırıblar.
7times.az “Report”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Charite” klinkasından bildirilib.
Müxalifət liderinin səhhəti sabit-ağır olaraq qalır.
Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.
Follow @7timesaz