Super Liqanın son çempionu “Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirir.
7times.az xəbər verir ki, “qara qartallar” niderlandlı hücumçu Luuk de Yonqun keçidi üçün razılıq əldə edib.
Hazırda “Sevilya”da çıxış edən 30 yaşlı forvardın transferi yaxın günlərdə rəsmən açıqlanacaq.
Qeyd edək ki, 2019-cu ildən La Liqa klubunda çıxış edən futbolçunun transfer dəyəri 10 milyon avrodur. Ki, İstanbul təmsilçisi De Yonq üçün bu məbləği ödəyəcək. Offsideplus.az
Follow @7timesaz