Kafe və restoranlar ciddi şəkildə nəzarət altına alınacaq, avtobuslarda ayaqüstü sərnişin daşınmayacaq.
7times.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son günlər koronavirus epidemiyasının geniş yayılması barədə danışarkən bildirib.
“Yoluxma və ölənlərin sayında artım olduğu üçün təəssüflənirik. Mövcud vəziyyət qəbuledilməzdir. Yoluxmanın artması bizi narahat edir. Daha yaxşı bir həll yolu tapılana qədər həyatımızı təmizlik, maska və məsafə tədbirlərinə uyğun olaraq dəyişdirməliyik”, – Ərdoğan söyləyib. axar.az
Follow @7timesaz