Hadisə

Sumqayıt Dəmiryol Vağzalının qarşısında qətl törədildi

Sumqayıt Dəmiryol Vağzalının qarşısında qətl törədildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 19 yaşlı oğlan mübahisə zamanı 38 yaşlı kişini öldürüb.

Prokurorluqdan verilən məlumata görə, iyulun 27-si saat  22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyev Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülüb.

Müəyyən edilib ki,  zərərçəkmişin tanışı,  2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq  davam edir.