Xəbər verdiyimiz kimi, Rəsmi İrəvan 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Qarabağ bəyannaməsini pozan təxribat xarakterli əməllərinə davam edir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbçisi məhv edilib.
Ermənistan Müdafiə Nazirliyi açıqlamasında cəbhədə intensiv döyüşlərin getdiyini, üç erməni hərbçinin öldüyünü, ikisinin isə yaralandığını açıqlayıb.
Onlar öldürülən hərbçilərinin adını da açıqlayıb.
Hayk Gevorqyan (baş leytenant)
Koryun Harutyunyan (əsgər)
David Koçaryan (əsgər)
Qeyd edək ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü Azərbaycan tərəfindən qəbul edilib.
Follow @7timesaz