Ukraynanın qərbindəki İvano-Frankovsk bölgəsində kiçik idman təyyarəsi qəzaya uğrayıb.
7Times.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, onlardan 3-ü ABŞ vətəndaşıdır.
Bildirilir ki, təyyarə naməlum səbəbdən qəzaya uğrayıb və fərdi yaşayış binasının üzərinə düşərək yanıb.
Faktla bağlı araşdırma aparılır.