Dünya

Türkiyə Əfqanıstanda hərbi missiyada iştirak etməyəcək

Türkiyə Əfqanıstanda hərbi missiyada iştirak etməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə hərbi qüvvələri Əfqanıstanda qalacağı təqdirdə hərbi missiyada iştirak etməyəcək və yalnız özünümüdafiə məqsədilə güc tətbiq edəcək”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Kara bu gün Ankarada keçirilən brifinq zamanı deyib.

P. Kara xatırladıb ki, türkiyəli hərbçilər artıq 20 ildir ki, Əfqanıstandadır və son 6 ildir ki, Kabildə Həmid Qərzai adına beynəlxalq hava limanının mühafizəsi və idarə olunması ilə məşğul olurlar.

O, həmçinin vurğulayıb ki, Türkiyə hökuməti NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra da Kabil hava limanının idarə olunması ilə bağlı missiyanı davam etdirməyə hazırlığını elan edib.

“ABŞ və digər ölkələrin bu məsələyə töhfəsi ilə bağlı texniki xarakterli danışıqlar davam edir. Sözügedən bu məsələ ilə bağlı istənilən razılıq yalnız bütün şərtlərə riayət edilməsi halında mümkündür. Bu səbəbdən də, indiki mərhələdə hər hansı daha dolğun məlumatın verilməsi yersizdir. Hələ ki qərar verilməyib, dialoq davam edir”, – deyə Kara əlavə edib.