Türkiyənin qərb və cənub bölgələrindəki 12 əyalətdə meşə yanğınlarına qarşı tədbirlər çərçivəsində meşəlik ərazilərə, bəzi bölgələrdə isə həm də milli parklara girişə məhdudiyyət tətbiq olunub.
7times.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunlar Qırxlareli, İstanbul, Çanaqqala, Bursa, Balıkesir, İzmir, Aydın, Dənizli, Niğde, Uşaq, Hatay, Qaziantep əyalətləridir.
O cümlədən əksər əyyalətlərdə bu qadağa bu gündən və ya sabahdan etibarən 1 ay müddətinə, Qaziantepdə avqustun 15-dək, Niğdedə sentyabrın 15-dək, Uşaqda sentyabrın 30-dək, Dənizli və Hatayda isə hətta oktyabrın 31-dək tətbiq olunur.
Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli ölkədə meşə yanğınlarına qarşı tədbirlərin davam etdiyini açıqlayıb. İndiyədək yanğın fəlakəti nəticəsində 4 nəfərin öldüyü, 183 nəfərin isə xəsarət aldığı bildirilir.
Follow @7timesaz