Türkiyənin Antalya şəhərində axtarışları davam edən tələbə qızın cansız bədəni aşkarlanıb.
7Times.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada yaşayan Azra Haytaoğlu koronavirusa yoluxub. Bir müddət sonra isə birgə yaşadığı bacısı ilə dalaşıb və evi tərk edib. Evi tərk edərkən qız sadəcə telefonla bacısına mesaj yazaraq bir yaxın oğlanla qalacağını qeyd edib.
Bu səbəblə polisə müraciət edən bacısı ifadəsində A.H-nın telefonuna zəng çatmadığını və narahat olduğunu bildirib.
Polis araşdırmaları davam etdirsə də, dünən səhər saatlarında A.H-nın nəşi meşədə tapılıb və cəsədi 5 hissəyə ayrılıb. Polis cinayətkarı tapıb və o, cinayəti etiraf edib.
Qeyd edək ki, uzun müddətdir axtarışa verilən A.H üçün sosial şəbəkələrdə müxtəlif “hashtag”lər ilə paylaşım edilib.
Mikayıl Mirzəzadə