Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin tövsiyəsinə və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi 81 vilayət rəhbərliyinə “COVID- 19 Tədbirləri” mövzusunda təlimat göndərib.
7times.az xəbər verir ki, Təlimatda bir sıra yeni qaydaların tətbiq olunacağı qeyd olunub. Belə ki, yeni qaydalara görə vətəndaşlar yaşayış məskənləri istisna olmaqla, ölkənin hər yerində (prospektlər, küçələr, parklar, bağlar, gəzinti sahələri, çimərliklər, ictimai nəqliyyat vasitələri, iş yerləri, fabriklər və s.) maska taxmalı olacaq.
Daxili həcminə görə fiziki məsafə qaydalarının tətbiq oluna bilmədiyi, şəhər içi nəqliyyat vasitələrində, məsələn mikroavtobuslarda sərnişinlərin ayaqüstə daşınmasına icazə verilməyəcək.
Restoran, kafe, otel və s. ictimai iaşə obyektlərində gecə saat 12-dən sonra heç bir halda musiqi səsləndirilməsinə icazə verilməyəcək.
Həmçinin təlimatda bölgə rəhbərliklərinin koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərə əməl etməyən hüquqi şəxslərə (müəssisələrə və s.) tətbiq olunan inzibati cərimələrin toplanmasında lazımi həssaslığı göstərəcəyi bildirilib. Virtualaz.org
Follow @7timesaz