Hadisə

Azərbaycanda polis piyadanı vurub,qaçdı- Yaralı hadisə yerində öldü

Azərbaycanda polis piyadanı vurub,qaçdı- Yaralı hadisə yerində öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

7Times.az xəbər verir ki, hadisə ötən gün Nabran istirahət zonasında qeydə alınıb.İstirahətdən qayıdan polis kapitanı Firuz Ağamalıyev Xudat şəhər sakini 1978-ci il təvəllüdlü Qasımov Mayis Sabir oğlunu vuraraq qaçıb.Yaralı hadisə yerində dünyasını dəyişib.Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Firuz Ağamalıyev Xaçmaz-Xudat yolunda saxlanılaraq həbs olunub.Qeyd edək ki, o Xızı RPŞ-nin sahə müvəkkili vəzifəsində çalışır.Faktla əlaqədar olaraq Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb.