Dünyaca məşhur simalar sosial şəbəkələrdə paylaşım edərək meşə yanğınları ilə mübarizə aparan Türkiyəyə dəstək olublar.
7Times.az xəbər verir ki, instaqramda ard-arda paylaşımları ilə diqqət çəkən pop ulduz Dua Lipa dünyanı Türkiyəyə dəstək olmaya çağırıb:
“Yazıq planetimiz ağlayır. İqlim dəyişikliyinin gerçək olduğunu nə vaxt görəcəyik? Faktlarla üzləşməliyik. Ana təbiəti qoruyun. Mən səninləyəm, Türkiyə”.
Model Bella Hadid də qardaş ölkədə davam edən yanğınlara biganə qalmayıb.
O, 44 milyondan çox izləyicisi olan instaqram səhifəsində post yazaraq “İlahi, bu, dözülməz dərəcədə kədərlidir. Türkiyənin torpağı və varlıqları üçün dua edirəm. Türkiyəni çox sevirəm”,- deyə vurğulayıb.
İtalyan aktyor Michele Morrone isə qeyd edir ki, hazırda Türkiyəyə kömək lazımdır: “Oturub baxa bilmirik. Kömək üçün təcili yardım nömrəniz varsa, mənimlə bölüşün, mən də hekayəmdə paylaşacam. Kömək etməliyik”.
Bundan əlavə, İspaniya istehsalı olan “Neftlix” serialı “Elite”nin ulduzları Manu Rios, Miguel Bernardeau, “La Casa de Papel”in baş qəhrəmanı Ursula Corbero, “Eurovision” mahnı müsabiqəsində müxtəlif dövlərdə iştirak edən sənətçilər instaqram, tvitterdə yanğınla bağlı görüntülər yayaraq Türkiyəyə dəstəklərini ifadə ediblər.
Follow @7timesaz