Türkiyə Milli müdafiə naziri Hulusi Akarın başçılığı, Baş Qərargah rəisi, general Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal və nazir müavini Yunus Emre Karaosmanoğlunun iştirakı ilə videokonfrans keçirilib.
7Times.az publika.az-a istinadən xəbər verir ki, görüşdə Əfqanıstan Türk İşçi Qüvvələrinin komandanı, Liviya və Azərbaycan Qrupu komandanı, Kipr Türk Sülh Qüvvələri komandanı, NATO-nun Baş Qərargahında Türkiyə Hərbi Nümayəndəliyinin başçısı və ordu komandanları, Hərbi Hava Qüvvələri və Donanma komandanları da çıxış edib.
Şərqi Aralıq dənizindəki terrorla mübarizə əməliyyatlarının və koronavirusla mübarizədə görülən tədbirlərin, təhlükəsizlik məsələlərinin müzakirə edildiyi toplantıda təlimatlar verən Hulusi Akar meşələrin söndürülməsindən danışıb.
Nazir yanğınların onu dərindən sarsıtdığını deyib: “Dövlətimiz və hökumətimiz bütün yaraları ən qısa müddətdə sağalda biləcək gücə malikdir. Müvafiq nazirliklər yanğınların səbəbinin müəyyən edilməsi üçün işlərini davam etdirir. Türkiyə Silahlı Qüvvələri terrorla və yanğınla mübarizədə hər zaman və hər yerdə xalqının ixtiyarındadır”.
Follow @7timesaz