Maqazin

Natavana qarşı sevgim qalmayıb – Dado

Natavana qarşı sevgim qalmayıb – Dadobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dado ləqəbli tanınmış repçi Səid Əliyev müğənni Natavan Həbibi ilə münasibətlərinin tamamilə bitdiyini etiraf edib. 

7Times.az  xəbər verir ki, o, bu barədə “Abşeron Maqazin” proqramına açıqlamasında bildirib.  Repçi ailəsinin dağılmasında səbəbkar kimi kənar şəxslərin müdaxilə etməsini göstərib:

“Problem Natavanla mənim aramda deyil. Başqa məsələlərdir. Elə bir problemdir ki, onu danışmaq kişiliyə yaraşan şey deyil. Həyat belə gətirdi. Natavana qarşı heç bir kinliliyim yoxdur. O, xanım mənə pis heç nə etməyib. Çox uzun müddətdir susurduq. Boşandığımızı uşağa görə heç kimə demirdik. Amma bu susqunluq çox şeyə səbəb ola bilərdi. Bu səbəbdən mən boşandığımızı instaqram səhifəmdə qeyd elədim.

Bəli, 1 ilə yaxındır ki, aramızda heç bir münasibət yoxdur. Ona qarşı sevgim qalmayıb. Evlənəndə hər şeyə eyni baxırdıq. Sevgini sındırmağa nə var ki? Geri dönmək fikrim də yoxdur. Bu haqda ilk dəfə danışıram, insanlar deyir ki, Dado Natavanın sayəsində gündəmə gəldi, pul qazandı. Əgər mən Natavanın hesabına gündəmə gəlsəydim indi maddi imkanım daha yaxşı olardı, maşınımı dəyişərdim. Elə bir şey yoxdur. Mən evlənmək fikrində deyildim. Sadəcə Natavanla eyni sənəti bölüşdüyümüz üçün ailə həyatı qurduq. Fikirləşirdik ki, bir-birimizi başa düşəcəyik. Amma olmadı”.

Dado oğluna olan sevgisindən də danışıb: “Boşansaq da uşaqla görüşürəm. Əvvəllər daha tez-tez görürdüm. İndi az görüşürük. Məni bu həyatda tutan oğluma olan sevgimdir. Ata olduğum üçün çox xoşbəxtəm. Ana-atamı nənə baba etdiyim üçün sevinirəm”.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların bu nikahdan Zeyd adlı bir oğlan övladı var.