Xalq artisti Röya Ayxan şəhid övladları ilə görüşüb.
7Times.az xəbər verir ki, R.Ayxan “Mənim atam qəhrəmandır” adlı tədbirə övladı Hüseynlə birgə iştirak edib. Xalq artisti uşaqlarla birlikdə “Zəfər himni”ni oxuyub. Şəhid övladları səmaya ağ göyərçinlər uçuraraq “Müharibə olmasın!” mesajı göndəriblər.
Daha sonra sənətçi iştirakçılar üçün “Göyərçin” mahnısını səsləndirib.
Bundan başqa, tədbirdə Türkiyə bayraqları qaldırılıb, qardaş ölkədə baş verən təbii fəlakətlə bağlı Türkiyəyə dəstək nümayiş etdirilib.